Avropaya getməyin,..orada soyuq və bahalıdır

Avropaya getməyin,..orada soyuq və bahalıdır

...Bu arada Rusiya Səyahət Sənayesi İttifaqının vitse-prezidenti Yuri Barzıkin ruslara Avropa İttifaqı ölkələrinə yalnız tibbi səbəblərə və ya qohumlarına baş çəkməyə getməyi tövsiyə edir.

Onun dediyinə görə, “...üstəlik, indi Avropa İttifaqında heç bir iş yoxdur - orada soyuq, rütubətli və bahalıdır. Xoş gördüyümüz yerə getməliyik. Əslində, Afrikaya marşrutlar artıq yaradılır”.

SİA-nın əldə etdiyi məlumata görə, Barzıkin bunu “İzvestiya” nəşrinə danışarkən bildirib.

Qeyd edək ki, bu gün ruslar Avropa İttifaqına buraxırmırlar deyə, Barzıkin də onlara alternativ olaraq Cənubi Qafqazdakı Rusiya kurortlarını, həmçinin Türkiyə, Tailand, Vyetnam, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela və Kubanı təklif edir.

Necə deyərlər, pişiyin ağ... İraq olsun!

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə