Rusiyanın Müdafiə Nazirliyi xəbər verir...

... Ukrayna Silahlı Qüvvələri Kupyansk və İzyum yaxınlığında ciddi itkilər verib...
Rusiyanın Müdafiə Nazirliyi xəbər verir...

...Beləlikl, Rusiya Federasiyasının Müdafiə Nazirliyi Xarkov vilayətinin Kupyansk və İzyum şəhərləri yaxınlığında Ukraynanın “Kraken” milli batalyonunun canlı qüvvə və texnikasına, həmçinin 113-cü ərazi müdafiə briqadasına, eləcə də 93-cü mexanikləşdirilmiş briqadaya raket zərbələri endirib. SİA “RİA Novosti”nin məlumatına istinadən, Ukrayna Silahlı Qüvvələrinin 250-yə qədər əsgərinin həlak olduğunu, 20-dən artıq texnikasının isə məhv edildiyini bildirir.

Rus saytlarının yazdığına görə, rusların təkcə bir gündə endirdikləri zərbələr nəticəsində Dnepropetrovsk və Zaporojye vilayətlərində yerləşən üç silah anbarını, bir elektron döyüş stansiyasını və MLRS təmir sexini məhv ediblər. Bundan əlavə Kramatorskdakı çoxsaylı buraxılış raket sistemlərinin bərpası üçün istifadə edilən emalatxanalar da zədələnib.

...Döyüşlərsə hələ də davam edir...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə