...Ay səni Serjik, bap-balaca boyunla bu boyda erməni xalqın necə də aldatmısan. Hər şey indi yavaş-yavaş üzə çıxır. Gör, bu xalq, erməniləri deyirəm, necə "mədəni", "humanist" bir xalqdır ki, hələ də səni tutub damlamayıb. Deyim niyə?
O vaxt, gərək ki, indi bəlkə Qərb xatırlayar... sən, Serjik Sarkisyan erməni xalqına Ermənistanı Avropa İttifaqına doğru aparacağına vəd edərək, sonradan onlara "lya" gəlmisən,.. yəni aldatmısan.
Və sonda ermənilər xəbər tutdular ki, sən onlara yalandan “yolumuz Avropayadır” deyə-deyə... gətirib Putinin ittifaqlarına, nə bilim Avrasiya İqtisadi Birliyinə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına dürtmüsən.
Hələ o vaxt olduğu kimi, elə özün də indi görürsən ki, bunlar qurumlar heç nəyə yaramayan bekara etibarsız təşkilatlardır. İndi, erməni Aşot demişkən...
...Gördük də, bunlardakı etibarı. O vaxt, 44 günlük müharibədə , Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı biz ermənilər üçün heç nə etmədi. İlan dili çıxardıq...veclərinə belə almadılar...heç üzümüzə belə baxmadılar.
Hələ bizim “haqq işimizə” pəl də vurdular. Hətta utanmadan bizə haqsızsınız da dedilər. Amma həmin ərəfədə bizi bu oyunlara salan Serjik heç nə olmamış kimi, cınqırını belə çıxarmadı. Əslində, çıxarsaydı nə olacaqdı ki? Onu hələ Ermənistanın prezidenti, sonradan baş naziri olanda belə nə KTMT-də, nə də Aİİ-də adam yerinə qoyan yox idi.
Demək lazımdır ki, bizim Qərbə yox, Rusiyaya istiqamət almağımızın əsas günahkarı məhz bu bəstəboy Serjik Sarkisyandır.
Bu gün Qərbdə, nəinki Qərbdə, elə dünyada da Ermənistan, təəssüf ki, Rusiyanın tulas...ey... “müttəfiqi” kimi qəbul edilir.
O gün bununla bağlı qonşum Mıkırtıçla da az qala davamız düşəcəkdi, Onu başa salıram ki, Qərbin belə düşünmək üçün xeyli əsasları var. Çünki, Rusiyanın hərbi bazası hələ də Gümrüdədir.
Bu gün müxtəlif səviyyələrdə olan rus siyasətçiləri Ermənistanın Rusiya Federasiyasından asılılığını qeyd etmək fürsətini bir an belə əldən vermirlər.
...Məhz elə buna görə də, Qərb Rusiyanın Ermənistana siyasi və iqtisadi təzyiqinin nə qədər böyük olduğunu görür. Və buna görə də onlar Ermənistana nə maddi, nə də mənəvi yardım etmək istəmirlər.
... Bəli, o vaxt yaxşı şans düşmüşdü. "Məxməri inqilab" bizə belə bir şans vermişdi, amma sonda Rusiya hər şeydən üstün ola bildi və sonradan ondan olan asılılığımız daha da artırdı.
...Deyirəm bir erməni kimi adamın ürəyi yanır... halbuki Azərbaycan bu gün daha çox Qərbə uyğun siyasət yürüdür.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB