Türkiyədə baş verən atışma zamanı bir neçə azərbaycanlı xəsarət alıb. Bu barədə SİA Türkiyə mətbuatına istinadən xəbər verir.
Hadisə İstanbulda qeydə alınıb. Belə ki, Sarıyer rayonunda kafedə iki qrup arasında mübahisə yaranıb. Mübahisə atışma ilə nəticələnib. Silahlı insident zamanı 4-ü Azərbaycan, 1-i İran vətəndaşı olmaqla 5 nəfər xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB