Ukrayna ordusu Rusiya qüvvələrinin ölkənin cənubundakı Xerson vilayətinin bəzi yaşayış məntəqələrində mövqelərini tərk etdiyini iddia edib. SİA xəbər verir ki, ordudan verilən açıqlamada Ukraynadakı son vəziyyətlə bağlı qiymətləndirmələr aparılıb.
Açıqlamada Ukrayna ordusunun Xarkov bölgəsində həyata keçirdiyi əks hücuma görə Rusiya qüvvələrinin bölgədəki mövqelərini tərk etməyə davam etdiyi, bölgədəki yaşayış məntəqələrinin geri alınmasının davam etdiyi bildirilib. Bəyanatda Xerson bölgəsindəki vəziyyətə də toxunulub və Rusiya qüvvələrinin bu bölgədəki bəzi yaşayış məntəqələrində mövqelərini tərk etdiyi iddia edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB