Makron Putini Ukraynadakı xüsusi əməliyyatı dayandırmağa çağırıb
Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putini Ukraynadakı xüsusi əməliyyatı tez bir zamanda dayandırmağa çağırıb.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının liderlər arasında telefon danışıqlarının yekunlarına dair bəyanatında deyilir.
Rusiyanın Ukraynadakı hərbi əməliyyatını davam etdirməsini pisləyən Makron onun tezliklə dayandırılması, danışıqların başlanması və Ukraynanın suverenliyi və ərazi bütövlüyünün bərpası tələbini xatırladıb.
Qeyd edək ki, Putin avqustdan bəri ilk dəfə Makrona zəng edib
Ukrayna prezidenti Vladimir Zelenski və MAQATE rəhbəri Rafael Qrossi ilə danışıqlardan sonra Makron Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizliyini təmin etməyə çağırıb və bundan sonra da əlaqələri davam etdirəcəyinə söz verib.
Bir daha xatırladaq ki, sentyabrın 11-də Putin avqustdan bəri ilk dəfə Makrona zəng edən Rusiya lideri fransalı həmkarına Ukraynanın Zaporojya atom elektrik stansiyasına hücumları barədə danışıb. O, Makrona stansiyanın atəşə tutulmaması ilə bağlı Kiyevə təsir göstərməyə çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB