Çexiya iştirakçı ölkədir..?

Çexiya prezidenti Miloş Zeman Praqanın Moskva ilə Kiyev arasında sülh danışıqlarının təşəbbüskarı kimi çıxış etməməsinin səbəbini izah edib və buna qadir olan dövlətlərin adını çəkib. Onun fikrincə, Çin, İsrail və ya Türkiyə belə ölkələrə çevrilə bilər. Maraqlıdır, bəs Çexiya? Sən demə, Çexiya Rusiya ilə Ukrayna arasında münaqişənin iştirakçılarından biri imiş.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “RİA Novosti” xəbər verir.

“...Çexiya iştirakçı ölkədir. Danışıqların təşəbbüskarı Çin, İsrail və ya Türkiyənin ola bilsə də, amma başqa ölkələrin də ola biləcəyi istisna edilmir. Yəni balanslaşdırılmış mövqeyə malik olan də bu missiyanı həyata keçirə bilər”

Bunu da Çexiya lideri bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Cozef Bayden Ukraynadakı vəziyyəti şərh etməkdən imtina edib, lakin ölkədə baş verənlərdən xəbərdar olduğunu qeyd edib: “...Bəli, bilirəm, amma indi bu barədə danışmayacağam, çünki vəziyyət hazırda inkişaf edir”. Bunu isə Bayden bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə