Pakistanın informasiya naziri Məryəm Auranqzeb deyib...
Pakistanın informasiya naziri Məryəm Auranqzeb baş nazir Şahbaz Şərifin təsdiqi ilə İngiltərə kraliçası II Yelizavetanın (II Elizabet) vəfatı ilə əlaqədar ölkədə 12 sentyabrda milli matəm elan edildiyini açıqlayıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, matəm çərçivəsində Pakistanda bayraqlar yarıya qədər endiriləcək.
Xatırladaq ki, İngiltərə kraliçası II Yelizaveta sentyabrın 8-də vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB