Arzusu "ürəyində qalan" qubernator..?

Arzusu "ürəyində qalan" qubernator..?

Bu arada 22 mindən çox insan Xabarovsk diyarının qubernatoru Mixail Deqtyarevin tutduğu vəzifədən azad edilməsi və siyasətçinin “arzusunu həyata keçirərək” Donbasda döyüşə göndərilməsi tələbi ilə petisiya imzalayıb.

SİA bu barədə rus saytlarına istinad edir.

Müraciət müəllifləri vəzifəsini tərk edə bilməyəcəyini açıqlayan qubernatorun sözlərinə istinad edirlər.

“...Özüm, məmnuniyyətlə, gedərdim, amma gedə bilmirəm, qubernatorluğa görə rezervasiyam var. Bundan əlavə bütün qubernatorlar ərazi müdafiə qərargahının komandiridirlər”. Qeyd edək ki, bunu Xabarovsk diyarının qubernatoru Mixail Deqtyarev bildirib

Yeri gəlmişkən xatırladaq ki, bir müddət bundan əvvəl Deqtyarev Ukraynada xüsusi əməliyyatda iştirak edəcək Xabarovsk diyarında iki nominal müqavilə batalyonunun yaradıldığını bildirmişdi. Bundan əlavə, qubernator Donbasın

Debaltsevo şəhərinə qəyyumluq edəcəyi barədə də açıqlama verib.

Amma yerli əhali bütün bunların reallıqdan uzaq olduğunu bildirirlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə