Ruslar Ukrayna Silahlı Qüvvələrinin uğurundan sonra oxşar əks-hücum keçirməyə cəhd edə bilərlər.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu “Financial Times” qəzetinə müsahibəsində Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.
Onun sözlərinə görə, Kiyev üçün azad edilmiş ərazilərin təhlükəsizliyini təmin etmək vacibdir. Nazir əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı “gözləniləndən də yaxşı keçib”.
Məhz buna görə də Moskva oxşar hücumu həyata keçirməyə cəhd edə bilər.
Əks-hücumla ərazilərimiz azad edilir və bundan sonra siz ona nəzarət etməli və onu müdafiə etməyə hazır olmalıyıq.
Müdafiə naziri Reznikov deyir bunu...
Müdafiə Nazirliyinin rəhbərinin sözlərinə görə, yamacdan aşağı yuvarlanan qartopu kimi “Ukrayna blitskrieq”i Rusiya Federasiyası üçün genişmiqyaslı işğalın başlanmasından bəri ən böyük uğursuzluq olub.
Qeyd edim ki, Reznikovun burada işlətdiyi “blitskrieq” alman sözü olub “ildırımsürətli müharibə” mənasını verir.
Bu arada Ukrayna saytlarına inansaq... hazırda cənubda və Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin avqustun sonunda elan etdiyi əks-hücum əməliyyatı davam edir. Prezident Vladimir Zelenskinin sözlərinə görə, sentyabrın əvvəlindən Ukrayna Silahlı Qüvvələri təxminən 2000 kvadrat kilometr ərazini azad edib.
Baş Qərargah işğaldan çıxarılan onlarla kənd haqqında məlumat verir. Sentyabrın 8-də məlum oldu ki, Balakleya nəzarətə götürülüb, Qərb mediası İzyumun azad edilməsindən, işğalçıların mühüm dəmir yolu əlaqəsi olan Kupyanskda döyüşlərin davam etdirdyindən yazır.
ABŞ rəsmilərinin fikrincə, hazırkı hücumun Rusiyanın cəbhə xəttini əhəmiyyətli dərəcədə geri çəkə biləcək hücumun ilkin mərhələsi ola biləcəyinə dair əlamətlər var.
Eyni zamanda, Rusiya Federasiyasının Müdafiə Nazirliyi qoşunların Xarkov vilayətindən çıxarılmasını yenidən qruplaşma adlandırır. Rusiya nazirliyinin verdiyi məlumata görə, qüvvələr, guya Donetsk istiqamətinə atılacaq.
Qeyd edək ki, sentyabrın 10-na olan məlumata görə, işğalçılar Donbassda 8 yaşayış məntəqəsi ərazilərində hücuma keçmək cəhdlərindən əl çəkməyiblər. Bu cəhdlər Ukrayna Silahlı Qüvvələri tərəfindən qətiyyətlə dəf edilib.
Genişmiqyaslı işğalın başlanğıcından bəri ukraynalı müdafiəçilər artıq 52 650 işğalçını məhv edib və minlərlə düşmən texnikasını məhv ediblər.
...Deyim ki, bu faktların reallığı üçün Ukrayna məsuliyyət daşıyır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB