“Doğrudanmı...iştah diş altındadar..?”

Ukrayna qışa qaz ehtiyatı saxlamaq üçün ABŞ-dan 1,5 milyard dollar kredit istəyir
“Doğrudanmı...iştah diş altındadar..?”

Ukrayna ABŞ İxrac-İdxal Bankından 1,5 milyard dollar kredit almaq niyyətindədir və bu krediti qaz alışına sərf etmək niyyətindədir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Bloomberg yazır ki, bu mövzu Ukraynanın baş naziri Denis Şmıqalla ABŞ-ın maliyyə naziri Canet Yellen arasında söhbət zamanı müzakirə olunub.

Həmsöhbətlər enerji sektorunda təhlükəsizlik məsələlərini və qarşıdan gələn istilik mövsümünü müzakirə ediblər. ABŞ Xəzinədarlığının rəhbəri Ukrayna iqtisadiyyatının bərpası üçün həlledici əhəmiyyət kəsb edən yüksək effektiv layihələrin müəyyənləşdirilməsinin zəruriliyini elan edib. Rus saytlarının yazdığına görə, amma kreditlə bağlı danışıqların hansı mərhələdə olduğu hələ ki, məlum deyil.

Xatırladaq ki, bundan əvvəl Ukraynanın “Naftoqaz” şirkətinin rəhbəri Yuri Vitrenko noyabrın 1-dək Ukrayna anbarda 15 milyard kubmetr qaz saxlaya biləcəyini demişdi.

Bu arada Ağ Evin mətbuat katibi Karine Jan-Pyer isə Kiyevə qışa qədər təbii qaz ehtiyatlarını artırmağa kömək edəcəyinə söz verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə