“Bizim ölkəmizdə sərmayə qoyan ikiqat qazanır”

Türkiyənin Biləcik rayonunun Söğüt qəsəbəsində təməlqoyma mərasimində çıxış edən M.Varank Türkiyənin Avropa və İqtisadi Əməkdaşlıq Təşkilatı (OECD) ölkələri arasında böyümə rəqəmləri ilə ikinci yerdə olduğunu söyləyərək deyib...
“Bizim ölkəmizdə sərmayə qoyan ikiqat qazanır”

Sənaye və texnologiya naziri Mustafa Varank bildirib ki, Türkiyəyə sərmayə qoyan heç vaxt itirmir, əksinə, ikiqat qazanır. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyənin Biləcik rayonunun Söğüt qəsəbəsində təməlqoyma mərasimində çıxış edən M.Varank Türkiyənin Avropa və İqtisadi Əməkdaşlıq Təşkilatı (OECD) ölkələri arasında böyümə rəqəmləri ilə ikinci yerdə olduğunu söyləyərək deyib: “Bu gün Türkiyənin sənaye sektoru inkişafda liderdir.

Yeni növ koronavirus (Covid-19) epidemiyası və Rusiya-Ukrayna müharibəsi kimi səbəblərə görə dünyada çətin günlər yaşanır. Amma Türkiyə yerli və milli istehsal yanaşması ilə bu şərtlərə ən yaxşı uyğunlaşa bilən ölkədir. Bütün bu qlobal amillərə görə iqtisadi coğrafiyamız demək olar ki, yenidən formalaşdırılır və ölkəmiz bu yeni nizamın parlayan ulduzu kimi diqqət çəkir. Son iki ildə sənaye istehsalında və ixracda çox böyük artımlar bunun ən böyük sübutudur.

Avropa İttifaqı (Aİ) böyük bir böhran içindədir "Necə istehsal edəcəyik”, “Tədarük zəncirlərini necə qoruyacağıq?" “Bu qışı necə keçirəcəyik?” deyə. Amma rasional xarici siyasət sayəsində biz bu prosesi yaxşı idarə edirik.

Türkiyə investorları cəlb edən ölkəyə çevrilib. Bizim ölkədə sərmayə qoyan heç vaxt itirmir, əksinə, ikiqat qazanır".

Bütün xəbərlər Facebook səhifəmizdə