Yunanıstan Ukraynaya Rusiya istehsalı olan S-300 zenit-raket kompleksləri göndərmək niyyətində deyil, çünki onlar Yunanıstanın özünün müdafiəsi üçün lazımdır.
SİA TASS-a istinadən xəbər verir ki,bu barədə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Salonikidə keçirdiyi mətbuat konfransında bildirib.
Belə ki, Mitsotakisdən hökumətin Ukrayna əsgərlərinə təlim keçmək üçün Yunanıstan mütəxəssisləri ilə birlikdə BMP-1 tipli zirehli texnikaları,.. S-300 sistemlərini Ukraynaya göndərmək niyyətində olub-olmadığını soruşublar.
Mitsotakis bildirib ki, S-300-lərin Ukraynaya göndərilməsi ilə bağlı söhbət gedə bilməz: “…Biz dəfələrlə demişik ki, Ukraynaya verdiyimiz dəstək ölkəmizin müdafiəsi hesabına ola bilməz”.
Yunanıstanlı baş nazir deyib bunları.
Yeri gəlmişkən, bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba silah çatışmazlığı səbəbindən Fransanı Kiyevə hərbi yardımın həcmini artırmağa çağırıb.
…Və bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken Ukraynaya 2,8 milyard dollar, o cümlədən silahlar üçün 675 milyon dollar məbləğində yeni yardım vəd etmişdi. Yeni hərbi yardım paketinə haubitsalar, HIMARS çoxsaylı reaktiv yaylım atəşi sursatları, HARM tipli radar əleyhinə raketlər, Humvees və digər hərbi texnika, həmçinin zirehli təcili yardım maşınları daxildir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB