Sel fəlakətində can itkisi 1400-ə yüksəldi

Sel fəlakətində can itkisi 1400-ə yüksəldi

Pakistanda leysan yağışlar səbəbiylə meydana gələn sel fəlakətində son 24 saatda daha 12 nəfər həyatını itirib. SİA -nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölənlərin sayı 1400-ə yüksəlib.

Ölkənin Sind əyalətində həyatını itirənlərin sayı 621-ə yüksəlib.
Ölkə daxilində daşqınlar nəticəsində həyatını itirənlərin sayının 1400-ə yüksəldiyi açıqlanıb.
Bhan Syedabad bölgəsində körpü daşqın səbəbindən uçub, Kotri bəndində isə güclü yağışlar nəticəsində suyun səviyyəsi qalxıb.

Pakistan Ordusu seldən zərər çəkmiş bölgələrdə axtarış-xilasetmə işlərinin davam etdiyini, hələ də sel sularında qapalı qalan insanların olduğunu bildirib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə