Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinin G20 sammitində iştirakında heç bir problem olmadığını deyib.
SİA TASS-a istinadən bunun Rusiya Xarici işlər Naziri tərəfindən səsləndirildiyini bildirib.
“...Rusiya prezidenti Vladimir Putinin böyük təcrübəsi və istənilən danışıqların mahiyyətini görmək qabiliyyəti var. Onun qarşıdan gələn tədbirlərdə, o cümlədən G20 sammitində layiqli iştirak etməsində heç bir problem görmürəm”-deyən Lavrov Moskvanın heç vaxt təmasları tərk etmədiyini və Qərb liderlərinin Putinlə ünsiyyətilə bağlı bütün müraciətləri anlayış və razılıqla qarşıladığını bildirib.
Qeyd edək ki, Kremlin dialoqdan qaçmadığını bəyan edən XİN rəhbəri, Ukraynanın Rusiya ilə danışıqlar aparması şərtini də irəli sürüb.
O, həmçinin İndoneziyada baş tutacaq G20 xarici işlər nazirlərinin görüşündə özünü rahat hiss edəcəyini də bildirib. “...Bizim gündəmdəki bütün məsələlərə aydın yanaşmalarımız, eləcə də Qərbin səbəbli və ya səbəbsiz istənilən müzakirəyə çıxarmağa çalışdığı Ukrayna mövzusu ilə bağlı son dərəcə aydın mövqelərimiz var”.
Bunu da Lavrov bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB