Kraliça II Elizabetin cənazəsi Balmoral qəsrindən Edinburqa aparılır

Kraliça II Elizabetin cənazəsi Balmoral qəsrindən Edinburqa aparılır

Kraliça II Elizabetin cənazəsi Balmoral qəsrindən Edinburqa aparılır. SİA-nın verdiyi xəbərə görə, cənazənin olduğu tabut “Holyroodhouse”un Taxt Otağında - monarxın rəsmi Şotlandiya iqamətgahında saxlanacaq, saray işçiləri öz hörmət və ehtiramlarını göstərə biləcəklər.

13 sentyabrda tabut Edinburqdan Londona - Bakinqam sarayına aparılacaq, 14 sentyabrda isə “Westminster Hall”a gətiriləcək və zal 4 gün ərzində ictimaiyyətə açıq olacaq.

Dəfn mərasimi 19 sentyabrda gerçəkləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə