Ukrayna Silahlı Qüvvələri Çkalovskoye qəsəbəsini azad edib

Ukrayna Silahlı Qüvvələri Çkalovskoye qəsəbəsini azad edib

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində daha bir yaşayış məntəqəsini azad edib. SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "teleqram"da yazıb.

Böyük Knyaz Romanın adını daşıyan 14-cü əlahiddə mexanikləşdirilmiş briqada Çkalovskoyedə Ukrayna bayrağını sancıb.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Artemovka və Vasilenkovo ​​kəndlərini azad edib.

Bütün xəbərlər Facebook səhifəmizdə