Sakit okeanın cənub-qərbində yerləşən Papua-Yeni Qvineyada 7,6 bal gücündə zəlzələ baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölkənin şimal-şərqindəki Kainantu bölgəsində zəlzələnin 90 kilometr dərinlikdə baş verdiyi açıqlanıb. ABŞ Milli Okean və Atmosfer İdarəsi zəlzələdən sonra Papua Yeni Qvineya və İndoneziya sahilləri üçün sunami xəbərdarlığı edib, daha sonra xəbərdarlığı ləğv edib.
Qeyd edək ki, zəlzələdə ölən və yaralananlar, eləcə də şəxsi mülkə dəymiş ziyan barədə hələlik bir məlumat verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB