Paris meriyası Eyfel qülləsinin işıqlandırma saatlarını azaldacaq enerjiyə qənaət planı hazırlayıb.
SİATASS-a istinadən xəbər verir ki, bu barədə “Le Journal du dimanche” qəzeti plan layihəsinə istinadən məlumat yayıb.
Qəzet bildirib ki, indi qüllədəki son dekorativ işıqlar səhər saat birdən sonra sönür, qışda isə onlar qülləni sonuncu ziyarət edənlər qülləni tərk edəndə, saat 23:45-də söndürmək istəyirlər.
Eyfel qülləsinin istismarı cəmiyyətinin inzibati şurasının sədri Jan-Fransua Martinin sözlərinə görə, bu tədbir əsasən simvolik xarakter daşıyır. Enerjiyə qənaət fenomenal olmayacaq, lakin bu yolla Paris hakimiyyəti vətəndaşlara nümunə göstərmək istəyir.
Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron bir müddət əvvəl bildirmişdi ki, dünyada baş verən böhranlar müxtəlif sahələrdə “bolluq” və “diqqətsizlik” dövrünü başa vurur və Fransa birləşməli və yaxşı qidalananların nəticələrinin bədəlini ödəməlidir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB