ABŞ-da neftqazma qurğularının sayı azalıb

ABŞ-da neftqazma qurğularının sayı azalıb

ABŞ-da neftqazma qurğularının sayı 5 ədəd azalıb. SİA xəbər verir ki, neft-mədən xidmətləri şirkəti "Baker Hughes" tərəfindən açıqlanan həftəlik məlumatlara görə, 3-9 sentyabr həftəsində ölkədə neftqazma qurğularının sayı əvvəlki həftə ilə müqayisədə 5 ədəd azalaraq 591-ə çatıb.

ABŞ-da neftqazma qurğularının sayı son 1 ildə 190 ədəd artıb. Cümə axşamı günü 88,62 dollarla bağlanan "Brent" markalı neftin barreli cümə günü 92,19 dollarla başa çatıb. "Qərbi Texas" (WTI) tipli xam neftin qiyməti cümə günü 86,09 dollar/barel səviyyəsində bağlanıb. "WTI" markalı xam neft cümə axşamı günü 82,98 dollara bağlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə