Meksikada sərnişin avtobusunun yanacaq maddələri daşıyan tankerlə toqquşması nəticəsində 20 nəfər ölüb. SİA xəbər verir ki, qəza zamanı yaranan yanğın nəticəsində hər iki avtomobil tamamilə yanıb, yük maşınının sürücüsünün isə hadisə yerindən qaçdığı bildirilib.
Təxminən 33 min litr yanacaq materialı daşıyan yük maşınında iki yanacaq çəni olduğu bildirilib. Tamaulipas Baş Prokurorluğunun qəza ilə bağlı təhqiqat başladıldığı və səlahiyyətli şəxslərin ölənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün çalışdığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB