Türkiyədən qorxmuruq, çünki Afinanın güclü müttəfiqləri var

Türkiyədən qorxmuruq, çünki Afinanın güclü müttəfiqləri var

Yunanıstanın baş naziri Kyriakos Mitsotakis Türkiyənin “təhdidləri”nin yunanları qorxutmayacağını deyib,.. çünki ölkə öz ordusunu qurur və güclü müttəfiqləri var.(...gərək ki, fransızlardan sonra, ermənilər də onların sırasındadır-A.B)

Qeyd edək ki, yunan baş nazir bunu ERT telekanalının canlı yayımladığı 86-cı Beynəlxalq sərginin açılışı çərçivəsində bildirib.

“...Türkiyənin təxribatlarına cavabımız silahlı qüvvələri gücləndirmək və ittifaqlar yaratmaqdır, amma əsas Yunan xalqının birliyidir. Ona görə də biz qorxutmayacağıq. Egey dənizinin o tayından gələn “təhdidlərə” bir yunan sözü cavab verir - ohi (yunan dilində "yox").

Deyilənlərə görə, onun çıxışı tamaşaçıların gurultulu alqışları ilə müşayiət olunub.

Yunanıstan lideri qeyd edib ki, ölkə yeni silahlar, o cümlədən Fransanın “Rafale” qırıcıları və “Belharra” freqatları alır. O, həmçinin əlavə edib ki, Afina silahlı qüvvələrə dəstək üçün ümumi planın bir hissəsi olaraq Türkiyə ilə sərhədləri və sahil mühafizəsini gücləndirir.

Qeyd edək ki, bir müddət bundan əvvəl Türkiyə Prezidenti Ərdoğan Yunanıstanın dövlətlər arasında ərazi mübahisələrinin artacağı təqdirdə dərhal zərbə endirməyə hazır olduğu barədə xəbərdarlıq etmişdi.

Onu da xatırladaq ki,Yunanıstanla Türkiyə arasında münasibətlər Yunanıstan hava hücumundan müdafiə sisteminin bir türk qırıcısının tanınma sahəsində göründüyü anda hədəfə kilidləmə etdiyi xəbərindən sonra qızışıb.

Onu da xatırladaq ki, hadisə Rusiya istehsalı olan S-300 zenit kompleksinin yerləşdirildiyi Krit adası yaxınlığında baş vermişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə