Görən, Ermənistana gələn ruslar harada yaşayırlar?

Bu il Ermənistana köçən 2000-dən çox Rusiya vətəndaşı workpermit.am onlayn platforması vasitəsilə yaşayış icazəsi alıb.

SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bu barədə Miqrasiya Xidmətinin rəhbəri Armen Qazaryan “Sputnik Ermənistan”ın müxbirinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Avrasiya İqtisadi Birliyi ölkələrinin vətəndaşları Ermənistanda əmək müqaviləsi əsasında yaşamaq hüququnu əldə edirlər. Əgər onlar dövlət, özəl qurumlar, banklar və digər strukturlarla müəyyən hüquqi münasibətlərə girməyi planlaşdırırlarsa, bunun üçün yaşayış icazəsi almalıdırlar.

...2022-ci il yanvarın 1-dən “Workpermit.am” platforması işə salınıb, onun vasitəsilə Avrasiya İqtisadi Birliyi ölkələrinin vətəndaşları yaşayışın qanuniliyini təsdiq edən arayış, Avrasiya İqtisadi Birliyindən kənar ölkələrin vətəndaşları isə əmək müqaviləsi əsasında yaşayış icazəsi alırlar.

Bunu deyən Qazaryan hazırda Ermənistana gələn rusların “ardı-arası” kəsilmədiyini də deyir.

Yeri gəlmişkən, Qazaryanın dediklərinə rəğmən, rəsmi statistikaya görə, 2022-ci ilin birinci yarısında Ermənistana 372 086 Rusiya vətəndaşı daxil olub, onlardan 331 306 nəfəri ölkəni tərk edib, 40 780 nəfər isə Ermənistanda daha uzun müddət qalıb.

...Maraqlıdır, bu gün Ermənistandakı ermənilər başlarını soxmağa bir kümə tapmadıqları halda, görən erməni bu qədər rusu hara yerləşdirib?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə