Yunanıstan hərbçiləri azərbaycanlıların olduğu gəmiyə atəş açıb
Yunanıstan hərbçiləri Bozcaada yaxınlığında kı türk gəmisinə atəş açıb. SİA-nın Türkiyənin "Haber Global"a istinadla xəbərinə görə, bu barədə Türkiyənin Sahil Mühafizə Xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Bozcaadanın 11 mil cənubunda “Anatolian” adlı gəmiyə bərə Yunanıstan tərəfindən atəş açılıb. Türkiyənin Sahil Mühafizə Xidməti hadisə yerinə gələnədək Yunanıstan heyəti tələsik ərazini tərk edib. Gəminin göyərtəsindəki 18 nəfərlik heyətin beşi Azərbaycan, üçü Türkiyə vətəndaşı olub. Gəmi heyətindən heç kim xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB