Əfqanıstanda helikopter qəzasında 3 nəfər həlak olub

Əfqanıstanda helikopter qəzasında 3 nəfər həlak olub

Əfqanıstanın paytaxtı Kabildə təlim uçuşu zamanı helikopter qəzaya uğrayıb.

SİA APA-ya istinadən xəbər verir ki, ABŞ ordusundan qalmış “Black Hawk” markalı helikopter təlim uçuşu zamanı Milli Müdafiə Universitetinin həyətinə düşüb.

Qəza nəticəsində 2 pilot və 1 texnik həlak olub, 5 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə