Zelenski "oğurluğu" təqdir edir..?

Ukraynalı könüllülər Ukrayna Silahlı Qüvvələri üçün avtomobil oğurlayır
Zelenski "oğurluğu" təqdir edir..?

Ukraynalı könüllülər Ukrayna Silahlı Qüvvələri üçün avtomobil oğurlayırlar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski teleqram kanalında yazıb.

“...Ukraynanın qələbəsində könüllülərimizin töhfəsi böyükdür. Amma təəssüf ki, vicdansız fəaliyyətlə bağlı faktlar da ortaya çıxır. Bunlardan biri də bu günlərdə gündəmə gələn Ukrayna Silahlı Qüvvələri üçün avtomobil satışı ilə bağlı məsələdir”, - deyə o yazıb.

Zelenski qeyd edib ki, bu məsələ ilə bağlı artıq Ukraynanın daxili işlər naziri Denis Monastırski və Milli Polisin rəhbəri İqor Klimenko ilə görüş keçirib. Kiyev rəhbəri qeyd edib ki, bu fakt təkcə qanun baxımından deyil, həm də insan vicdanı nöqteyi-nəzərindən cinayətdir.

Bu arada Rusiyanın “Ura.ru” saytının yazdığına görə, guya Ukrayna Silahlı Qüvvələrinin vəhşiliklərinə görə Zelenskidən cavab verməsini tələb edən Donbass sakinləri, "yanmış torpaq" siyasətinə görə də onun məsuliyyət daşıdığını bildiriblər..?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə