Taxıl daşıyan daha 5 gəmi Ukraynadan yola salınıb

Taxıl daşıyan daha 5 gəmi Ukraynadan yola salınıb

Ukrayna limanlarından taxıl daşıyan beş gəminin dә yola düşdüyü bildirilib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barәdә Türkiyənin Milli Müdafiә Nazirliyindәn verilәn bәyanatda bildirilib.

Nazirlikdәn verilәn bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘Ukraynadan taxıl daşıyan beş gәmi dә yola düşüb’’. Bәyanatda hәmçinin bu gün 12 gәminin Birgә Koordinasiya Mәrkәzi tәrәfindәn yoxlanacağı bildirilib.

Xatırladaq ki, iyulun 22-də İstanbulda Ukrayna limanlarında gözləyən taxılın daşınması sazişinin imzalanma mərasimi baş tutub. Mәrasimdә Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibi Antonio Quterreş, Rusiya və Ukrayna nümayəndə heyətləri iştirak ediblәr.

Qeyd edәk ki, iyulun 27-dә Ukraynadan taxıl məhsullarının təhlükəsiz daşınması üçün İstanbulda yaradılan Birgə Koordinasiya Mərkəzinin açılışı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə