İsveçdә mәscidә hücum edilib

İsveçin Jönköping şəhərində Türkiyənin Dini İşlər İdarəsinə tabe olan məscidə daş atılıb. Bunun son 3 ayda məscidə edilən üçüncü hücum olduğu bildirilir.

SİA-nın Türkiyə saytlarından əldə etdiyi məlumata görə, bu barədə İsveçdəki Jönköping Məscidinin İdarə Heyətinin üzvü Mehmet Özer məlumat verib.

Özer deyib: "Hadisə ilə bağlı polisə və lazımi orqanlara məlumat verilib. Bu, son 3 ayda məscidimizə edilən üçüncü hücumdur. Şikayət edirik, amma indiyədək heç bir nəticə əldə etmədiyimiz üçün o qədər də ümidli deyilik''.

Hücum nəticəsində mətbəx pəncərəsinin qırıldığına diqqət çəkən Mehmet Özer irqçilərdən şübhələndiklərini qeyd etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə