Türkiyənin Daxili İşlәr Nazirliyi mәlumat yayıb

Türkiyənin Daxili İşlәr Nazirliyi mәlumat yayıb

Türkiyənin Muş şәhәrinin Malazqirt qәsәbәsindә separatçı terror tәşkilatı PKK-ya qarşı ‘‘Eren Abluka-36’’ әmәliyyatına start verilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barәdә Türkiyənin Daxili İşlәr Nazirliyindәn verilәn mәlumatda bildirilib. Mәlumatda deyilir: ‘‘Terror tәşkilatı PKK-nı ölkәnin gündәmindәn çıxarmaq vә bölgәdәki terrorçuları zәrәrsizlәşdirmәk mәqsәdilә Hakkaridә ‘‘Eren Mühasirә-2’’ әmәliyyatına start verilib’’.

Qeyd edәk ki, әmәliyyatda 513 hәrbi personal iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə