Daşqınlar sәbәbindәn mәktәblәrin 40 faizi dağılıb

Daşqınlar sәbәbindәn mәktәblәrin 40 faizi dağılıb

Pakistanda yaşanan daşqınlar sәbәbindәn Sindh әyalәtindәki mәktәblәrin 40 faizi dağılıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Yerli media orqanlarının yaydığı mәlumata әsasәn, Sindh әyalәtindә 5 619 mәktәb tamamilә dağılıb, 12 mәktәbә isә ciddi ziyan dәyib. Mәlumatda әyalәtdәki 16 mindәn çox mәktәbin yararsız hala gәldiyi bildirilib.

Dağılan mәktәblәr ilә yanaşı, 2500 mәktәbin yardım düşәrgәsinә çevrildiyi qeyd olunub. Daşqınlar sәbәbindәn tәxliyә edilәn 65 mindәn çox ailәnin hәmin mәktәblәrdә yaşadığı vurğulanıb.

Rəsmilər dövlət məktəblərinə qəbulun 50 faiz azala biləcəyinə və minlərlə uşağın təhsil ala bilməyəcəyinə görə narahatdır.

Qeyd edәk ki, Pakistanda iyunun 14-dən bu günədək davam edən yağışlar nəticəsində hәyatını itirәnlәrin sayı 1396 nәfәrә çatıb.

Pakistan Milli Fövqəladə Hallar İdarəsinin (NDMA) məlumatına görə, təbii fəlakət nəticəsində həyatını itirən 1396 nəfərdən 499-u uşaq, 280-ni qadındır. Təbii fəlakət nəticəsində xəsarət alanların sayı isə 12 728 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə