Sentyabrın 9-da Kursk vilayətində hücuma məruz qalan Rusiya Qvardiyasının əməkdaşlarından biri dünyasını dəyişib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə İstintaq Komitəsinin Telegram kanalında məlumat verilib.
Xatırladaq ki, hücum sentyabrın 9-da axşam saatlarında Rusiya-Ukrayna sərhədindən 10 km aralıda yerləşən Sudjanski rayonunda baş verib. Belə ki, naməlum şəxslər Milli Qvardiya əməkdaşlarına atəş açaraq qaçmışdılar.
İstintaqın məlumatına görə, sentyabrın 9-da Rusiya Qvardiyasının əməkdaşları vilayətin Sudjanski rayonunda əməliyyat-axtarış tədbirləri həyata keçirib. Bu zaman naməlum şəxslər onlara hücum edib. Təhlükəsizlik işçilərindən biri yaralanıb, daha sonra xəstəxanada ölüb.
Hazırda İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin hücum faktı üzrə cinayət işinin açılması barədə göstəriş verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB