Rusiyada koronavirusa yoluxanların sayı 20 milyon nəfəri keçib

Rusiyada koronavirusa yoluxanların sayı 20 milyon nəfəri keçib

Rusiyada son sutka ərzində 53 486 nəfər koronavirusa yoluxub. SİA-nın məlumatına görə, ötən gün 52 106 yoluxma qeydə alınmışdı.

Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 20,01 milyon nəfəri keçib.

Eyni zamanda, son sutkada 97 nəfər koronavirusun qurbanı olub. Əvvəlki gün bu rəqəm 96 nəfərə bərabər idi.

Rusiyada bu günədək koronavirusdan 385 262 nəfər vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə