Solovyovu “sevindirəcək xəbər...”

"Axmat" xüsusi təyinatlılarının rəhbəri: Ukrayna Silahlı Qüvvələri ehtiyatlarının təxminən üçdə biri Xarkov yaxınlığında məhv edilib
Solovyovu “sevindirəcək xəbər...”

...Cənubda və Xarkov vilayətində hücuma atılan Ukrayna qüvvələrinin təxminən üçdə biri məhv edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Axmat” xüsusi təyinatlılarının rəhbəri Apti Alaudinov məlumat verib.

“...Ukrayna Silahlı Qüvvələrinin cənubda və Xarkov vilayətində əks-hücum üçün tərk etdiyi qüvvələr nə qədər çalışsalar da, müharibənin ümumi gedişatını dəyişə bilməzlər. Mən deyə bilərəm ki, bu qüvvələrin artıq üçdə biri şikəst olub”, - deyə Alaudinov “Solovyov Live” proqramının efirində bildirib.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Nikolayev və Xerson vilayətləri istiqamətində hücuma keçdiyi bildirilirdi. Budur, Rusiya Müdafiə Nazirliyi Rusiya hərbçilərinin bütün hücumları dəf etdiyini bildirir.

Nazirlik, həmçinin, Ukrayna qoşunlarının Xarkov vilayətinin Kupyanski rayonuna təşkil etdikləri hücumun da uğursuz yekunlaşdığını deyirlər.

Bu arada Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Ukrayna qoşunlarının “əks-hücum”u zamanı... “hər hansı “sıçrayış”dan söhbət belə gedə bilməz”-deyə bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə