Putinin xəbərdarlığı...öz işini gördü..?

Belə ki, Avropa İttifaqını qaz qiymətlərinə məhdudiyyət tətbiqindən imtina etməyə məcbur etdi
Putinin xəbərdarlığı...öz işini gördü..?

Rusiya prezidenti Vladimir Putinin xəbərdarlığı Avropa İttifaqını qazın qiymətinə məhdudiyyət qoyulması təşəbbüsündən əl çəkməyə məcbur edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The Telegraph”ın köşə yazarı Tom Ris məlumat verib.

Risin fikrincə, bir gün əvvəl görüş zamanı nazirlər Avropa Komissiyasından enerji bazarlarında gərginliyin azaldılması üçün müfəssəl plan hazırlamağı xahiş ediblər.

Ris qeyd edir ki, hazırda Avropa enerjinin qiymətinin kəskin artması və eyni zamanda çatışmazlığı nəticəsində yaranan kəskin böhranla üzləşib.

“...Brüsseldəki nazirlər təcili olaraq sərt qışa hazırlaşmağa çalışırlar”. Bunu da Tom Ris bildirib.

Bu arada qeyd edək ki, Avropa Komissiyası ötən gün, sentyabrın 9-da nazirlərin fövqəladə iclasında enerji böhranının aradan qaldırılması üçün beş bənddən ibarət siyahını təqdim edib. Bu tədbirlər arasında Rusiya boru kəməri qazına limit qiymətlərinin tətbiqi də təqdim olunub.

Brüsseldə keçirilən iclasda iştirak edən Macarıstanın xarici işlər naziri Peter Sijarto, Avropa İttifaqına üzv ölkələri nazirlərinin Rusiyadan qazın qiymətinə tavan tətbiqi ilə bağlı heç bir qərara gələ bilmədiklərini bəyan edib.

Avropa Komissiyasının bu təşəbbüsünü şərh edən Rusiya prezidenti Vladimir Putin isə Moskvanın Rusiya xammalının qiymətinə tavan tətbiq edəcək dövlətlərə qaz və neft tədarükünü dayandıracağını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə