“Ukrayna Krımı da geri qaytaracaq...”

“Ukrayna Krımı da geri qaytaracaq...”

Bu arada amerikalı hərbi ekspert Ben Hodges... konfransda Kiyevin münaqişədə hərbi qələbə qazanacağına inandığını bildirib. O əlavə edib ki, Ukrayna guya bir il ərzində Krımı da geri qaytaracaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə köşə yazarı Mixail Vasyura “Newsweek” jurnalı üçün məqaləsində yazır.

Hodgesin əvvəllər Avropadakı ABŞ qoşunlarına komandanlıq etdiyini yazan köşə yazarı, hazırda onun Vaşinqtonun Avropa Siyasət Təhlili Mərkəzində eksperti kimi fəliyyət göstərdiyini bildirir.

Maraqlıdır ki, onun sərt şərhləri bu gün dünya mətbuatında yayılmaqdadır.

Qeyd edək ki, hələ münaqişənin ilk günlərindən başlayaraq proqnozlar verən Hodges 2021-ci ilin dekabrında Rusiya ilə mümkün hərbi münaqişədə Kiyevin məğlub olacağını demişdi.

...2022-ci ilin martında isə 10 gün ərzində Rusiya ordusundakı mərmi və raketlərin tükənəcəyini bildirmişdi.

Bu həftə isə o, Makkeyn İnstitutunun Tbilisi Beynəlxalq Konfransı çərçivəsində ukraynalıların ölkələrini xilas etdiklərini elan edib.

...Hazırda Hodges Kiyevin guya suverenliyini tam şəkildə bərpa edib Donbas və Krımı qaytaracağını bildirir. Onun fikrincə, bu, gələn il baş verə bilər.

Bütün bunlarla yanaşı istefada olan general Vaşinqtonu Ukraynaya hərtərəfli dəstək verməyə çağırıb. O, Kiyevə lazım olanı göndərməyi və faydasız olacaq silah və hərbi texnikanı göndərməməyi məsləhət görüb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə