Alman tədqiqatçılar iki Cənubi Amerikalı kişinin mumiyalarını üçölçülü kompüter tomoqrafiyası (3D CT) ilə analiz etdikdən sonra onların ölüm sirrini açdılar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə mumiyaları Almaniya və İsveçrədəki muzeylərdə olan Çili və Perudan olan iki kişi min il əvvəl öldürülmüş halda tapılıb.
Alimlər müəyyən ediblər ki, kişilərdən birinin başından vurulandan və bıçaqlanandan sonra, digərinin isə onurğa sütununun yerindən çıxması nəticəsində dünyasını dəyişib.
Araşdırmanın müəllifi Dr. Andreas Nerlich "Əgər bu insan qalıqları sadəcə skelet olsaydı, tapdığımız travma növləri aşkar edilə bilməzdi",-deyə bildirib.
Bununla belə, alimlərin bu dəfə mumiyalama yolu ilə qorunan yumşaq toxumalardan daha çox məlumat əldə edə bildikləri bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB