140 min toyuq tələf oldu

Taylandda təsirli olan son 20 ilin ən güclü musson yağışları səbəbiylə su altında qalan toyuq fermasında 140 min toyuq tələf olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə Cənubi Asiyanın yay turizmi ilə məşhur ölkəsi Taylandda iyul-oktyabr ayları arasında təsirli olan musson yağışları bu il kifayət qədər güclüdür.

Ölkə daxilində təsirli olan leysan yağışlar kənd yerlərində çayların daşmasına səbəb olur, hərbçilər bir çox bölgələrdə xilasetmə işləri aparır.

Ölkənin şərqindəki Rayonq şəhərində leysan yağışların yaratdığı seldə avtomobillər su altında qalıb, bir çox ev və iş yerləri su altında qalıb.

Su altında qalan müəssisələrdən biri Rayonqdakı toyuq ferması olub. Bölgədə fermanın 6 müxtəlif bölməsində cəmi 140 min toyuq bir metri keçərək suyun altında qalaraq tələf olub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə