Kraliçanın ölümündən sonra vəliəhd şahzadə Çarlz “3-cü Çarlz ” titulu ilə taxta çıxacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, tacqoyma mərasimi daha sonra baş tutacaq.
Böyük Britaniya kraliçası Kraliça II Yelizavetanın ötən gün 96 yaşında vəfat etməsi ilə oğlu Şahzadə Çarlz "3-cü Çarlz " adı ilə "kral" titulunu alıb. 73 yaşında Çarlz Britaniya taxtına çıxan ən yaşlı monarx olub. Əvvəllər bu titul 1830-cu ildə 64 yaşında taxta çıxan kral IV Uilyam-a məxsus idi.
III Çarlz həyat yoldaşı Kraliça Kamilla ilə Şotlandiyanın Balmoral qalasından dünən Londona gəlib. Kral Sarayından verilən açıqlamada Çarlzın bu səhər rəsmən kral elan ediləcəyi bildirilib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB