Ukrayna taxılını daşıyan ilk gəmi Sudana çatdı

Ukrayna taxılını daşıyan ilk gəmi Sudana çatdı

Odessa limanını 26 avqustda tərk etmiş taxıl yüklü gəmi Sudana çatıb. SİA UNİAN-a istinadla xəbərinə görə, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat yayıb.

“65 000 ton Ukrayna taxılı daşıyan SEAEAGLE gəmisi Sudanda limana yan alıb” – deyə nazirlik bildirib.

Artıq Afrikaya Ukraynadan ümumi yükü 500 000 ton olan 16 gəmi yola salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə