“Hamı yerli mal alsın...”

Fransa prezidenti Emmanuel Makron ərzaq suverenliyini təmin etmək üçün həmyerlilərini yerli fermerlərdən məhsul almağa çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini TASS sitat gətirir.

O, gənc fermerlərlə görüşündə belə aksiyaların vacibliyini vurğulayıb. “Vətəndaşlar başa düşməlidirlər ki, fransız yeməkləri almaq, kənd təsərrüfatımızı sevmək lazımdır”, - deyən Makron, yerli malların alınmasını ərzaq suverenliyini təmin edən əsas element adlandırıb.

Fransa lideri dövlət büdcəsindən gənc fermerlərə 400 milyon avroya yaxın vəsaitin ayrılacağını da bildirib. Bundan əlavə, onun sözlərinə görə, ölkədə innovativ əkinçilik üsullarının tətbiqi üçün biznes inkubatorlar yaranacaq.

...Gərək ki, xatırlamış olarsınız, bir müddət bundan əvvəl

“bolluq dövrünün” başa çatdığını bildirən Makron, böhranların, o cümlədən iqlim və Ukraynanın iqtisadi nəticələrinə hazırlaşmağı tövsiyə etmişdi.

Xatırladaq ki, Fransa prezidenti iyul ayında qlobal ərzaq böhranını Rusiyanın “müharibə silahı” adlandırmışdı.

Maraqlıdır ki, Makron bütün ittihamların əksinə olaraq, Avropa sanksiyalarını böhranın səbəbi kimi görmür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə