6 gəminin Ukraynadan çıxışına icazə verilib

6 gəminin Ukraynadan çıxışına icazə verilib

İstanbuldakı Birgə Koordinasiya Mərkəzi Ukrayna limanlarından ərzaq yüklü daha 6 gəminin çıxışına icazə verib. SİA-nın xəbərinə görə, bu barədə Birgə Koordinasiya Mərkəzi məlumat yayıb.

Gəmilərin ümumi yükü 96 200 tondur. Onlar Türkiyə, Liviya, Rumıniya və İspaniyaya günəbaxan toxumu, taxıl və qarğıdalı daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə