ABŞ prezidenti Cozef Baydenin administrasiyası ABŞ Konqresinin Nümayəndələr Palatasının Məhkəmə Komitələrinə və Senatına 2022-ci il oktyabrın 1-dən başlayacaq 2023-cü maliyyə ilində ölkədə qaçqınların qəbulu üçün 125 min nəfərlik kvota tövsiyə edən hesabat göndərib. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Dövlət Departamentinin yaydığı məlumatda deyilir.
Qeyd edək ki, artan kvota bütün dünyada humanitar böhranların yaratdığı artan ehtiyacları ödəmək üçün nəzərdə tutulub.
Yəqin ki, məhz buna görə, 2022-ci maliyyə ilində Bayden qaçqın qəbulu kvotasını 62,500-dən 125,000-ə qədər artırıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB