Hərbi yardım proqramının müddəti məlum oldu

Hərbi yardım proqramının müddəti məlum oldu

“...ABŞ-ın Kiyevə hərbi yardım proqramı sentyabrın 30-da başa çatacaq cari maliyyə ilinin sonunda bitməyəcək”.

SİA TASS-a istinadən xəbər verir ki, bunu Pentaqonun satınalmalar və texniki dəstək üzrə müavini Uilyam LaPlant deyib.

LaPlant, ABŞ-ın Ukraynaya hərbi yardım büdcəsinin iki il üçün nəzərdə tutulduğunu deyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin 675 milyon dollar təşkil edəcəyi məlum olub. Belə ki, Vaşinqton Kiyevi HIMARS reaktiv yaylım atəş sistemləri (MLRS) üçün mərmilər, həmçinin hərbi maşınlar və digər avadanlıqlarla təmin edəcək. Bundan əvvəl Ağ Evin ABŞ Konqresindən Ukraynaya dəstək üçün əlavə 11,7 milyard dollar istəyəcəyi də bildirilirdi.

ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisinin müavini Klinton Hinotun qeyd etdiyi kimi, Vaşinqtonun Ukrayna qüvvələrinin dəstəyinə verdiyi töhfə Rusiyaya havada effektiv əks-hərbi əməliyyatı təmin edib.

“Hərbçilərimiz, xüsusən Rusiya və Çinə güclü iddia qaldırmalıdır ki, biz onların uğur qazanması üçün lazım olan şeylərə qarşı çıxa bilərik”.

...Bunlar Baş Qərargah rəisinin müavininin fikirləridir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə