Taxıl dəhlizindən 2 milyon 500 min ton taxıl daşınıb

Taxıl dəhlizindən 2 milyon 500 min ton taxıl daşınıb

Fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi səbəbindən ortaya çıxan “ərzaq böhranı” riskini aradan qaldırmaq üçün Türkiyenin səyləri ilə yaradılan “taxıl dəhlizi”ndən 105 gəmi keçib və daşınan taxılın miqdarı 2 milyon 500 min tona yaxınlaşıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, avqustun 1-də taxılla yüklənmiş ilk gəmi Ukraynanın Odessa limanını tərk etdikdən sonra taxıl daşınması davam edir.

Dünən Ukrayna limanlarından yola düşən gəmilərin sayı 105-ə çatdığı halda, buğda, qarğıdalı, arpa kimi taxıl məhsullarının daşınması 2 milyon 500 min tona yaxınlaşıb.

Ukrayna limanlarından taxıl yükü ilə yola düşən gəmilərdən 39-nun təyin olunmuş limanlara çatması prosesi başa çatıb.

Bu gəmilərdən 21-i Türkiye limanlarına, hər biri 4 gəmi Misir və İtaliya limanlarına, 3 gəmi isə Rumıniya limanlarına gedib. Digər gəmilər də İrlandiya, İngiltərə, Cibuti, Hollandiya, Yunanıstan, İsrail və İspaniya limanlarında lövbər salıb.

Xatırladaq ki, bu ilin iyulunda İstanbulda Qara dəniz limanlarından Ukrayna taxılının daşınması, eləcə də Rusiya ərzaq məhsullarının və gübrəsinin beynəlxalq bazarlara çıxarılmasına dair saziş imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə