Prezident Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə Rusiya istehsalçılarının Avropa limanlarında toplanmış kalium gübrələrini inkişaf etməkdə olan ölkələrə pulsuz köçürməyə hazırdır olduğunu bildirib.
Bu ilin dörd ayı ərzində Rusiya xaricə 7 milyon ton gübrə tədarük etdiyini deyən Rusiya rəhbəri bunların kalium, azot və qarışıq gübrələr olduğunu bildirib. Bunlardan təxminən 3 milyon tonunu - Asiya, Afrika, Latın Amerikası ölkələrinə verməyə hazır olduğunu deyən Putin, Rusiya “hardasa 2 milyon ton həcmində” ammonyak tədarük etməyə hazır olduğunu da bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, əvvəllər Avropa Komissiyası Rusiya gübrələrinin tədarükünü blokdan çıxarsa da, avqustun 10-da Avropa Komissiyası Rusiya gübrələrinin yalnız Avropa İttifaqı ölkələrinin ala biləcəyinə aydınlıq gətirmişdi.
Qeyd edək ki, bu gün Belarus da daxil olmaqla Rusiya gübrələrinin Avropa ölkələrinin limanları vasitəsilə eyni inkişaf etməkdə olan ölkələrə - Asiya, Afrika, Latın Amerikası bazarlarına tədarükü hələ də qadağandır.
Yeri gəlmişkən, rusiyalı prezident inkişaf etməkdə olan ölkələrə qarşı bu cür ayrı-seçkiliyi qəbuledilməz adlandırıb.
Məhz məhdudiyyətlərə görə, bu gün Rusiyanın Avropa limanlarında külli miqdarda gübrəsi yığılıb.
“...Bizim istehsalçılarımız - məncə, söhbət ilk növbədə kalium gübrələrindən gedir - onları bu gübrələrə ciddi ehtiyacı olan inkişaf etməkdə olan ölkələrə pulsuz ötürməyə hazırdırlar”.
Bunları biıdirən Vladimir Putin, Xarici İşlər Nazirliyindən bu məsələ üzərində işləməyi xahiş edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB