Rusiya ehtiyacı olan ölkələrə taxıl göndərəcək

Rusiya ehtiyacı olan ölkələrə taxıl göndərəcək

....İlin sonuna qədər Rusiya Federasiyası ehtiyacı olan ölkələrə 30 milyon ton taxıl tədarük etmək niyyətindədir. Onu da deyək ki, sonradan tədarükün artırılmaq ehtimalı da var.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Yoxsul ölkələrdə baş verən hər şeyi nəzarətdə saxladıqlarını deyən Putin, bunun ən doğru yol olduğunu da istisna etməyib.

Qeyd edək ki, cümə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Putinlə Ukrayna taxılının ixracı ilə bağlı razılaşmanı müzakirə etmək niyyətində olduğunu açıqlayıb.

Belə ki, Türkiyə lideri Putindən Qara dənizdə yaradılan taxıl dəhlizindən ərzaqla dolu gəmilər göndərməyi xahiş etmək istəyir.

Xatırladaq ki, bundan əvvəl Ərdoğan Ukrayna taxılının əsas hissəsinin vətəndaşlarının ərzağa ehtiyacı olan Afrikanın problemli ölkələrinə deyil, Avropa İttifaqı ölkələrinə göndərildiyini bildirən Vladimir Putinlə razılaşıb.

Bu arada Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko İstanbulda imzalanan “taxıl müqaviləsi” tam gözlənildiyi kimi həyata keçirilmədiyini bildirib. Nazir müavininin dediyinə görə, müqavilənin daha da uzadılması sazişin həyata keçirilməsindən asılı olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə