...Bu arada ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukrayna qoşunlarının Xarkov və Xersonda “müəyyən irəliləyiş əldə etdiklərini” bəyan edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, xəbəri “Reuters” agentliyi yayıb.
Maraqlıdır ki, Ostin Ukrayna ordusunun Xerson və Xarkovdakı “müəyyən uğurlar”ını ümidverici adlandırıb.
Onu da qeyd edək ki, Pentaqonun rəhbəri bunu Praqadakı mətbuat konfransında bildirib.
Xatırladaq ki, bir müddət bundan əvvəl, dəqiq desək, avqustun 29-da Rusiya Müdafiə Nazirliyi Ukraynanın Nikolayev və Xerson vilayətlərində hücum cəhdinin iflasa uğradığını bildirmişdi.
Sentyabrın 8-də isə ruslar Nikolayev-Krivoy Roq istiqamətindəki hücumu zamanı Ukrayna ordusunun 200-ə qədər canlı qüvvəsini itirdiyini bildirmişdi.
Bu arada rus saytlarının yazdığına görə, Rusiya Müdafiə Nazirliyi “Mi-8MTV-5” və “Ka-52” helikopterlərinin videosunu dərc edib. Videoda helikopterlərin Ukrayna Silahlı Qüvvələrinin zirehli texnika və infrastrukturunun məhv edilməsi üzrə komandanlığın tapşırıqlarını yerinə yetirməkdə davam etdiyi göstərilir.
...Hə, indi bunların hansına inanasan?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB