NATO rəhbəri Rusiya üçün siqnal verdi..?

NATO rəhbəri Rusiya üçün siqnal verdi..?

Bu arada NATO-nun baş katibi Yens Stoltenberq alyansın Rusiyaya “aydın mesaj” vermək üçün şərq sərhədinə yeni qüvvələr yerləşdəcəyini bildirib.

SİA bu barədə “TASS”a istinad edir.

Stoltenberqin sözlərinə görə, NATO-nun şərq cinahının güclənməsi alyansın “öz ərazisinin hər qarışını müdafiə edəcəyini” nümayiş etdirir.

Qeyd edək ki, bundan əvvəl NATO üzvləri Rusiya ilə münasibətlərinə yenidən baxmaq qərarına gəlmişdilər. Belə ki, NATO-nun iyun sammitində onlar yeni strateji doktrina qəbul etdilər ki, burada Rusiyanın alyans üzvlərinin təhlükəsizliyinə təhdid kimi göstərilib.

Onu da qeyd edək ki, hazırda regionda NATO-nun birbaşa komandanlığı altında 40 min hərbçi var ki, bu da Ukrayna böhranının başlamasından əvvəlki dövrlə müqayisədə on dəfə çoxdur.

Bundan əlavə, NATO-nun döyüş qrupları əvvəlkindən iki dəfə çox olmaqla səkkiz ölkədə yerləşdirilib.

Hazırda NATO-nun şərq cinahında, Baltikyanı ölkələrdən Bolqarıstana qədər, təxminən 330.000 hərbi qulluqçu var - bunlar Qərbi Avropa, ABŞ və Kanadadan əlavə qüvvələrlə gücləndirilmiş milli ordulardır. Quru qoşunlarından əlavə, NATO-nun 130-a qədər təyyarəsi yüksək hazırlıq vəziyyətindədir və dənizlərdə 150-yə yaxın döyüş gəmisi patrul edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə