"...Əslində Qərbin bizə zərbə vura biləcək, hansısa şəkildə qarşıdurmamızın nəticəsini dəyişdirə biləcək heç nəyi yoxdur. Bundan əlavə, ABŞ-ın Ukraynaya verdiyi “HIMARS”lar 20 ildən çox yaşı olan və hələ Soyuq Müharibə dövründə hazırlanmış bir silahdır”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu rusiyalı köşə yazarı, hərbi ekspert Aleksandr Artamonov bildirib.
...Məhz bu mənada Kiyevin xidmətində olan və Rusiya hərbi inkişafı ilə rəqabət apara biləcək heç nə yoxdur.
Maraqlıdır ki, Artamonov hazırda Kiyevə “havadarlıq edən” Qərbin də Rusiyaya cavab verəcək heç bir “dəyərli silaha” sahib olmadığını bildirib.
Rusiyalı hərbi ekspert müqayisə üçün Rusiyanın “Poseydon”u göstərib. Artamonovun dediyinə görə, bu pilotsuz sualtı aparat 400 metr hündürlüyə çata biləcək nəhəng sunamilər yaratmağa qadirdir. Bundan əlavə, peykləri belə dəqiqliklə vurmağı bacaran “S-500” zenit-raket kompleksi olan “Prometey”in də dünyada layiqli rəqibi olmadığını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB