"Ukrayna Rusiyanı məğlub edə bilməyəcək..?"

Bundestaq Ukraynanın Rusiya üzərində qələbəsinin mümkünsüzlüyünü bəyan edib
"Ukrayna Rusiyanı məğlub edə bilməyəcək..?"

"...Kiyev Moskvanı məğlub edə bilməyəcək, çünki bunun üçün Qərb Rusiya Federasiyası ilə müharibəyə getməlidir”. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu açıqlama ilə Bundestaqın Sol Partiyadan olan deputatı Qreqor Qizi çıxış edib.

Hərbi cəhətdən Rusiyanı məğlub etməyin mümkünsüzlüyünü deyən alman deputat, qələbə qazanmaq üçün Üçüncü Dünya Müharibəsinə başlamağı ehtimalı edir,.. amma Qərbin bunu bunu ödəyə bilməyəcəyini də etiraf edir.

Maraqlıdır ki, Qizi Almaniyanın Rusiya Federasiyası ilə danışıqlardan niyə imtina etdiyini başa düşmədiyini də deyir. O, Ukraynanın döyüş meydanında qalib gələ bilməyəcəyini, Rusiya ordusunun isə çox aşağı qiymətləndirildiyini vurğulayır.

Qeyd edək ki, ötən gün İtaliyadan olan sosioloq Alessandro Orsini də, Qərbin Ukraynadakı uğursuzluğunu oxuculardan gizlətmək üçün, Rusiyanın Donbassdakı xüsusi əməliyyatının uğurlarını bilərəkdən “uğursuzluq” kimi təqdim edirlər.

Orsini Kiyev və onun müttəfiqləri üçün döyüş meydanındakı vəziyyəti “fəlakətli” adlandırıb. O qeyd edib ki, Rusiya Federasiyası qüvvələri Donbası tamamilə azad etmək üçün Ukrayna qoşunlarının möhkəmləndikləri Slovyansk və Kramatorskı ələ keçirməyə çalışırlar.

İtaliyalı sosioloqa görə, bunun reallaşması Kiyev üçün faciə olacaq, çünki Moskva Krımdan Donbasa qədər bütün əraziyə nəzarət edə biləcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə